Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanfilm" ölüm yatağındadır" - Xalq artisti 

"Bu məlumatı eşidən gündən mənim ürəyim ağrıyır, çox ağır xəbər oldu"...

Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Ənvər Həsənov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rəhbər şəxslərin istefasından danışarkən deyib.

Aktyor istefaların səbəbini qurumun fəaliyyətsizliyi ilə əlaqələndirib:

"Mənə məlumat verdilər ki, kinostudiyanın direktoru Nazim Hüseynov, müavini Aydın Hüseynov işdən çıxıblar. 1276 nəfərlik idarə bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə bax da. "Azərbaycanfilm" ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar".

Xalq artisti Rasim Balayev bu məsələnin ona aid olmadığını vurğulayıb:

"Mədəniyyət Nazirliyi eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının rəhbəridir. Mən axı haradan bilim? Biz ictimai təşkilatıq, bizim heç bir səlahiyyətimiz yoxdur. Mən də sizin kimi uzaqdan eşidənin biriyəm. Onları işə təyin edən mədəniyyət naziridir. Bunun cavabını da nazirlik desin, biz belə şeyləri bilmərik".

Xalq artisti Xalidə Quliyeva kino sahəsinin dirçəlməsinin vacibliyini vurğulayıb:

"Kinostudiya dirçəlməlidir və yaşamalıdır. Bu, bizim tariximiz, eyni zamanda kino sənətinin ocağıdır".

Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbər şəxsləri istefa verib. Onların arasında direktor Nazim Hüseynov, onun müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun öz ərizələri əsasında vəzifələrindən ayrılıb.

Poliqon.onfo

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Həcc ziyarətində faciə: 14 zəvvar öldü, 17 nəfər axtarılır

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanılıb

Ən çox oxunanalar